Bəs biz indi hansı yazıçının goruna, hansı qələmə and içək? - -Beybala Mirzeyev

Bəs biz indi hansı yazıçının goruna, hansı qələmə and içək? -Beybala Mirzeyev

Hansı yazıçının goruna and içək?
Yazıçı olaraq qazandığı bütün uğurlarına görə məhz rus dilinə borclu olan, bu ilin 21 mayında Rusiya prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunan, iyulda isə Tovuz döyüşləri zamanı altdan-altdan Ermənistanı silahlandıran Rusiyanın əleyhinə bircə kəlmə də ziyalı olaraq, yazıçı olaraq öz etirazını bildirməyən Çingiz Abdullayevin indi də rus dilini cani-könüldən müdafiə etməsində əslində təəccüblü heç nə yoxdur. Axı Çingiz müəllim Ukrayna yazıçıları kimi, gürcü yazarları kimi, lap elə erməni qələm adamları kimi qatı milli təəssübkeş deyil. Bizdə ümumiyyətlə milli ruhlu yazıçı tapmaq çox çətin məsələdir. Çünki onların sayı barmaqla sayılacaq qədər azdır. Əksər yazıçılarımız ya rusofildir, yadaki kosmopolitdir. Biz öz yazıçılarından yarımamış toplumuq...
P.S.
"Qurani-Kərim"də bir surə var - "Qələm" surəsi. Həmin surədə isə belə bir and var:"And olsun qələmə və qələmə alınanlara!"...
Bəs biz indi hansı yazıçının goruna, hansı qələmə and içək? 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !