Hörmətli Çingiz Abdullayeva bir iki xatırtlatma - -Orxan Fikrətoğlu

Hörmətli Çingiz Abdullayeva bir iki xatırtlatma -Orxan Fikrətoğlu

Hörmətli Çingiz Abdullayeva bir iki xatırtlatma.


1. Azərbaycanın Ermənistandan fərqli olaraq Rusiyada Vahid Azərbaycan siyasəti yoxdur.
2. Azərbaycanda aşırı sayda mövcud olan rus dilli məktəblərin mövcudluğu ilə Rusiyada mediya kapitanı ola biləcək rus dilli Azərbaycanlı arasında heç bir məntiqi əlaqə yoxdur. Ona görə ki,Marqarita Simonyanı və digər yanları Rusiyada gündəmə gətirən dil faktoru deyil.Lobbiçilikdir.Peşəkarlığa və təhsilə qalsa Simonyandan heç bir parametrdə geri qalmayan Xəyal Tağlyev də on beş ildir ki Moskvadadır.Kim onun bu peşəkarlığından yararlanmaq istəyib? Heç zaman formalaşmayacaq,Azərbaycandan çox Rusiya maraqlarına xidmət etməyə çalışan müxtəlif tərkibli və çeşidli diasporalar? Ya Rusiyada Azərbaycan maraqlarına deyil ancaq öz bizneslərinə xidmət edən beş on biri biriylə görüşməyə belə həvəsləri olmayan Azərbaycan əsilli rus iş adamları?
3. Mən ümumiyyətlə Ermənistanla Azərbaycanın Rusiya uğrunda aparmağa çalışdığı əyalət rəqabətini başa düşmürəm.Rusiyanın Azərbaycanla bağlı əsrlərdi ki dəyişməz ekspansiv siyasəti var.Və onu beş altı rus dilli eynəklinin dəyişəcəyini düşünmək sadəlövlükdür.
4. Axundovdan üzü bu yana çeşidli ideoloju konstpektlərlə formalaşdırılan Türk və Müsəlman mədəniyyətindən,xüsusiylədə Türk İran dövlətçilik şüurundan ideoloju zəmində kənarlaşdırılmış nilli ziyalılığın şüur intibahının pik nöqtəsi Azərbaycan xalq cumhuriyyətinin qurulması və idarəçiliyidir.Rus dili vasitədir.Dominat dil və əxlaq milli dilimiz və millətçiliyimizdir.
5. Azərbaycanda təhsil hələ də təkmilləşməyib deyə,mulli ideoloju təhsilə hələ də yansımayıb deyə,Moskavada məşr olunan yad ideolojuya xudmət edən dərsliklər Azərbaycanın rus dilli məktəblərində işləkdir deyə,rus dilli təhsilin keyfiyyəti Azərbaycan dilli təhsildən yaxşıdır deyə insan öz vətəndaşını itirməkdən qorxur.
6. Nə qədər dil bilirsənsə o qədər genişsən.Lakin öz dilini və milli kimliyini unudmamaq şərti ilə. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !