Zəfəran klinikasına gətirib - 9190 azn ödəyib,cənazəsini apardı

Zəfəran klinikasına gətirib 9190 azn ödəyib,cənazəsini apardı

"Zəfəran" klinikasına valideyni gətirdi,9190AZN ödədi cənazəsini apardı! Bu şıkayəti mən təfsilatı ilə yerləşdirmirəm,çünki 4 səhifəlik ərizədə klinika sahiblərinin adı çəkilir, varlı insanların nə üçün kasıbları hər yolla soymasına kasıb kəndlinin təəccübü ifadə olunur və.s.Beləki Sabirabad rayonu Qarağac kənd sakini Mirzəzadə Nüsrət (Tel:0556860228)" Azad İstehlakçılar" İctimayi Birliyinə(AİİB) 04.09.2020-ci il tarixdə ərizə ilə müraciət edərək,1956-ci il təvəllüdlü atasını qeyd olunan klinikaya yerləşdirərək,cərrah Ramin Əliyevin -"əməlittatın uğurlu olacağının 80 %-dən yuxarı" olması vədinə inanaraq qohum-əqrabadan,banklardan kreditlə götürdüyü məbləğı klinikaya ödəyir və bir neçə gündən sonra atasının nəşin aparmalı olur! Keyfiyyətsiz tibbi xidmət,istehlakçının hüququnun pozulması göz qabağındadır!Bəs keyfiyyətsiz xidmət göstərən tərəf ödənilən məbləğı qaytarmamalıdir?!Bu şikayətlə bağlı AİİB tərəfindən mediyasiya işi aparıldı,məbləğin bir hissəsi qaytarıldı! Bu kimi hallar ölkəmizin bütün klinikalarında baş verir,"Zəfəran" klinikasından fərqli olaraq vətəndaşa ümumiyyətlə 1 qəpik də qaytarılmır!Şikayətçinin də ərizəsində qeyd etdiyi kimi, həkimlərin insan ölümündə,səhv diaqnozlarda,pul qoparmaq məqsədilə aparılan yalançı analizlərlə bağlı,nə vicdan,nə maddi nə də inzibati-cinayət məsuliyyəti yoxdur!Nəzəri cəhətdən belədə edə biləllər-Xəstəni içəri sal,qapiya yoğunboyun oxran qoy,pulu al, qohumların xəstəni görməsinə imkan vermə(əsas məsələlərdən biri budur),nə istəyirsən xəstəylə et,tutarlı bir ölüm epiqrizi yaz,diğər həlimlər də lazım olsa gəlib məmuniyyətlə onu imzalayacaq( 3-müşketyor qanunu) vəssalam!Dəfnə başı qarışan qohumlar birdə görürlər ki,heç dəfn üçün evdə vəsait yoxdur və.s. Bu hal ölkəmizdə neçə illərdir ki,davam edir,heç bir məsuliyyətin olmadığını bilən xarici həkimlər Azərbaycana axışır,klinika sahibləri və varlı məmurlar ən kiçik tibbi problem olanda xaricə qaçır!Ən azı ölkəmizdə "Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında 10 ildən çoxdurki MM-də toz basıb qalmış qanun"müzakirəyə çıxarılıb qəbul edilməlidir! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !