Ermənistanın işğalçılıq siyasəti BMT dərgilərində çap olunub - -FOTO

Ermənistanın işğalçılıq siyasəti BMT dərgilərində çap olunub -FOTO

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Cenevrə ofisindəki nümayəndəsi Osma Əl Haccın Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda məqaləsi Cenevrədə nəşr olunan və dünyanın bir cox ölkələrində yayımlanan "Diva Diplomat" və "Qlobal Beynəlxalq Diplomat" jurnallarında işıq üzü görüb. Bu barədə BAMF prezidenti Umud Mirzəyev məlumat verib.

2002-ci ildən nəşr edilən bu jurnallar dünya liderlərinin , diplomatların, , xarici işlər nazirlərinin, beynəlxalq təşkilatların,qeyri hökumət təşkilatlarının, böyük iş adamlarının,bankirlərin, məhşur mədəniyyət və incəsənət adamlarının fikirlərinə yer ayıran beynəlxalq bir platformadır. Jurnal BMT-nin Cenevrə, Nyu York və Vyan qərargahları daxil olmaqla bütün ofislərində ingilis, ispan və fransız dillərində çap olunur və dunyanın bir cox olkələrində yayımlanır. https://divainternational.ch/armenia-discredits-the-authority-of-united-nations-security-council-by.html
Jurnalda dərc olunan məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymaması, qaçqın və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulması, etnik təmizləməyə dair hüquqi təhlillər yer alıb. BAMF nümayəndəsi məqaləsində Ermənistanın Tovuz istiqamətindəki təxribatına da beynəlxalq hüququn kobud şəkildə pozulması prizmasından yanaşır, beynəlxalq ictimaiyyəti BMT qurumlarını və BMT Təhlükəsizlik Şurasını beynəlxalq hüququn normalarının pozulmasına səssiz qalmamağa çağırıb.
http://internationaldiplomat.com/archives/4615


“Ermənistanın təcavüzkarlığına qarşı qəbul edilmiş BMT qətnamələrinə bu ölkəninn məhəl qoymamasını BMT nizamnaməsinin 2 və 3-cü maddələrinin eləcə də Beynəlxalq Humanitar Hüququn əsas müddəalarının kobud şəkildə pozulması və BMT sisteminə hörmətsizlik hesab edirəm. Artıq beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq və humanitar hüquqa hörmət etməsi üçün Ermənistana təzyiqlər göstərməyinin vaxtı çatıb” Osman Əl Hacc nəşr olunan məqaləsində qeyd edib.
Osman Əl Hacc artıq 2 ildir ki, BMT-nin Cenevrə ofisində ECOSOC-un Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunu təmsil edir. Tripoli universitetinin professoru olan Osman Əl Hacc, bir müddət həmin universitetin İnsan haqqları Mərkəzinə rəhbərlik edib. Bundan əlavə, professor Əl-Həcc 1994-cü ildən 1997-ci ilə qədər BMT-nin ayrı-seçkiliyə qarşı və azlıqların müdafiəsi üzrə alt Komissiyasının məruzəçisi kimi fəaliyyət göstərib. 2009-cu ildən 2015-ci ilə qədər İnsan Hüquqları Şurasının məcburi itkin düşmüş şəxslərin hüquqları üzrə İşçi Qrupun müavini vəzifəsində çalışıb. Osman Əl-Həcc Cenevrə Universitetinin Beynəlxalq Hüquq üzrə doktorudur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !