Azərbaycan Kipri üstələdi -

Azərbaycan Kipri üstələdi

Kipr - Azərbaycan 0:1
Heyət düzgün qurulanda, rəqib doğru təhlil ediləndə, taktiki gedişlər yerində olanda, kimliyindən asılı olmayaraq meydanda çəkinməyəndə, qorxmadan sona kimi mübarizə aparanda - nəticə də olur, qələbə də özünü çox gözlətmir!
Kipr oyuna ilk saniyələrdən yuxarıdan aşağı baxdı, neynədi, neynəmədi, bu, onların problemidir. Əsas Azərbaycan, məşqçi, futbolçular uğursuzluqdan nəticə çıxartmışdı.
 üstün idi. Əgər Lüksemburqla oyunda ilk dəqiqələrdən kimin qalib gələcəyi bilinirdisə, bu axşam hakimin final fitindən artıq meydanı qalıb tərk edəcək milli də bilinirdi...
Oyunda kimsə fərqlənmədi, hamı fərqləndi! Meydanda bir-birini sığortalayan, bir orqanizm kimi hərəkət edən, özünə inanan Azərbaycan var idi...
Maksim isə ötən oyunsonrası hərəkətini möhtəşəm qələbə qolu, alın təri ilə artıqlaması ilə yudu...
Təbriklər, AZƏRBAYCAN!
Davamı gəlsin... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !