Azərbaycanın dövlətçilik ənənələri tarixi prizmada -

Azərbaycanın dövlətçilik ənənələri tarixi prizmada

8 sentyabr 2020-ci il tarixində Gənclər Fondunun təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik ənənələri tarixi prizmada” mövzusunda onlayn görüş keçirilmişdir. Görüş Facebook üzərindən canlı yayımlanmışdır.
Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Dövlət İdarəçilik Akademiyasının Tarix Kafedrasının müdiri Firdövsiyyə Əhmədova və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü, departament müdiri, Professor Tahirə Allahyarova çıxış etmişlər.


Natiqlər Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu vurğulamış, dövlətçiliyimizin formalaşması, təlatümlü və eyni zamanda şanlı inkişafı tarixindən bəhs etmişlər. Xüsusilə qeyd edilmişdir ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçiliyin müasir modeli yaranmış, hüquqi, demokratik, iqtisadi cəhətdən qüdrətli dövlətin formalaşması istiqamətində mühüm addımlar atılmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən daxili və xarici siyasət məhz milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə və milli maraqlarımızın maksimum təmin olunmasına yönəlmişdir.
Online tədbirə qoşulan izləyicilər müzakirələrdə aktiv iştirak edərək onları maraqlandıran sualları natiqlərə ünvanlamışlar.


Tədbirin sonunda gənclər üçün intellektual müsabiqə keçirilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !