Öz məşəlini alovlandır! Azərbaycanda "Eurovision-2012"nin seçim mərhələsinin sonuncu yarımfinalçısı məlum olmuşdur -

“Öz məşəlini alovlandır!” Azərbaycanda "Eurovision-2012"nin seçim mərhələsinin sonuncu yarımfinalçısı məlum olmuşdur

Yanvarın 28-də İctimai Televiziyanın (İTV) efirində 9 ifaçı arasında bir həftə davam etmiş yarışmada Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi üzrə Azərbaycanın milli seçimlərinin sonuncu, səkkizinci yarımfinalçısı müəyyənləşmişdir.
AzərTAc xəbər verir ki, tamaşaçıların və münsiflər heyətinin səsverməsi nəticəsində Arzu İsmayılova sonuncu həftənin qalibi elan edilmişdir.
Bundan sonra milli seçim həftələrinin qalibləri yarımfinal mərhələsində mübarizə aparacaqlar. Yarımfinalın başlanma tarixi əvvəlcədən elan olunacaqdır.
Xəbər verdiyimiz kimi, İTV-nin efirində milli seçim turları ötən il noyabrın 28-də başlanmışdır. Hər həftə seçimlərdə 9 ifaçı çıxış etmişdir. Tamaşaçı və münsiflər heyətinin səsverməsi nəticəsində hər həftə bir ifaçı növbəti mərhələyə vəsiqə qazanmışdır.
Artıq yarımfinal mərhələsinin bütün iştirakçıları məlumdur. Bunlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılovadır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !