Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan "Gənclərin Online Liderlik Yay Məktəbi" layihəsi davam edir! - -FOTO=11

Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan "Gənclərin Online Liderlik Yay Məktəbi" layihəsi davam edir! -FOTO=11

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən "Gənclərin Online Liderlik Yay Məktəbi” artıq bir aydır onlayn formatda davam edir!
Layihənin davam etdiyi müddətdə(04 avqust-07 sentyabr 2020-ci il) müxtəlif mövzularda 13 vebinar təşkil olunub.
Ümumilikdə 26 saatı əhatə edən vebinarlarda✔80 gənc iştirak edib.
Qeyd edək ki, layihə müddətində Gənc liderlər Şəhidlərimizin adını daşıyan 5 komandaya bölünərək, fəaliyyət göstərib.
Yaşar Babayev
İlqar Mirzəyev
Polad Həşimov
Mübariz İbrahimov
Raquf Orucov
Əsasən, gənclərin liderlik qabiliyyətinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli və faydalı dəyərləndirilməsinə yönəlmiş möhtəşəm layihədə:
Təlimçi, konsultant Anar Məmmədov, Binəqədi Gənclər Evinin əməkdaşı və psixoloqu Ofelia Əliyeva, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Zeynal Rəşidli, Karyera psixoloqu və AT-Geotecdə mütəxəssis Orxan Mahmudov, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisiMahmud Məmmədzadə, Prezident Mükafatçısı və Azərbaycanda ilk dəfə Sosial Sahibkarlıq Nominasiyası Mükafatının qalibi Sara Rəcəbli, ABŞ-ın State University of New York Plattsburght tələbəsiAysun Axundlu, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Üzeyir Mustafayev, Yoqi və meditator Kənan Məmmədov, Gənc startapçı və marketinq üzrə mütəxəssis Fərid Məhərrəmli, Brendiq strategiyası üzrə təlimçi Bəhman Hüseynli və Public Speaking Platformun təsisçisi, direktoru Əli Nurməmmədovun vebinarları keçirilib.
Layihə müddətində “Karyera və motivasiya”, “Əsas Həyat Bacarıqları”, “Layihə yazılması”, “Xaricdə təhsil”, “Xarici dil” və “Sağlamlıq” istiqamətlərində “Sosial sahibkarlıq”,”Layihə yazılması və idarəedilməsi”, “Komanda quruculuğu və düzgün qərarın qəbul edilməsi”,”Müsahibədən necə uğurla keçməli?”,”Yoqa və sağlamlıq”, “Konfiliktlərin və stresin idarə olunması”,”Brendinq strategiyası”, “Biznesin idarə olunması və inkişafı”,”Karyera psixologiyası və gələcək karyeramız”, “Hər şey öz əlinizdədir” və s. mövzularda vebinarlar təşkil olunub.
Layihənin növbəti mərhələsində isə komandalar arasında“Şahmat turniri”“Xəmsə Milli İntellektual Oyun”,”Futbol” yarışları və “Ən yaxşı layihə” müsabiqəsi keçiriləcək.
Qeyd edək ki, layihə pandemiya dövrünü nəzərə alaraq, onlayn formatda “Zoom” tətbiqi vasitəsilə təşkil olunur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !