Ermənistan artıq anlayır ki, Azərbaycana qarşı işğalçılıq niyyətini həyata keçirə bilməyəcək. - Gültən Abdullayevanın araşdırması

Ermənistan artıq anlayır ki, Azərbaycana qarşı işğalçılıq niyyətini həyata keçirə bilməyəcək. Gültən Abdullayevanın araşdırması

İşğalçı Ermənistan və miskin erməni xalqı...

Tarix göstərir ki, nəyinki Dağlıq Qarabağ, həmçinin vaxtilə Azərbaycanın tərkibinə daxil olmuş İrəvan xanlığının ərazisi də xalqımızın əzəli, əbədi torpağı olmuşdur. Lakin bu ərazilər erməni və onların havadarlarının işğalçılıq siyasəti nəticəsində zamanla mənimsənilmişdir. “Böyük Ermənistan” yaratmaq xülyası da bu mənfur düşüncənin ana konsepsiyasını təşkil etmişdir. Ermənilərin Azərbaycana qarşı mərhələli şəkildə həyata keçirdiyi işğalçılıq siyasəti, 1923-cü ildə daha da intensivləşmişdir. Belə ki, həmin ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra münaqişə ocağı daha da alovlanmış, beləcə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması siyasətinin yeni mərhələsi başlanmışdır. Regionda işğalçılıq siyasətini həyata keçirən ermənilər zamanla tarixi saxtalaşdırmaq, təhrif etməklə, zəbt etdikləri torpaqlarımızın tarixi adlarını dəyişdirərək vandal erməni xislətini ortaya qoymuşlar. Bütün bunlar isə “Böyük Ermənistan” yaratmaq ideallarının həyata keçirilməsinin əsas zəmini olmuşdur. Bu proses 1988-1992-ci illərdə daha da kəskinləşmiş, xalqımıza qarşı böyük vəhşiliklər törədilmiş, misilsiz etnik təmizləmə nəticəsində torpaqlarımızın 20%-ni itirmişik.

1988-1992-ci illərdə Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut), eləcə də ona bitişik yeddi rayonun (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan) ərazisi işğal olunmuş, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənilərin həyata keçirdiyi bu işğalçılıq niyyəti, soyqırım aktları bütün dünya üçün qlobal məsələdir. Bu, ümumdünya miqyasında demokratiyaya, insan azadlığına, humanizmə, insanpərvərliyə ən ağır nəticə kimi ermənilərin vəhşiliyi, vandalizmi, onların insanlıq tarixindəki qara ləkəsi kimi tarixə düşmüşdür. Xocalı soyqırımı göstərir ki, ermənilər faşistlərdən də qəddar olmuş, bəşəriyyət üçün acı nəticələr verən, insanlığa sığmayan misilsiz qətliam törətmişlər.

Qeyd elədiyimiz kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi qlobal məsələ kimi dünyanın mötəbər qurumlarının, güc dövlətlərinin daim diqqət

mərkəzindədir. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi. Lakin hazırda dünyanın mötəbər qurumları problemlə bağlı yetərincə həssaslıq göstərmir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu da problemin həllində təsir imkanlarını həyata keçirə bilmir. Bu situasiya ilə tarixən ermənilər tərəfindən hücumlara məruz qalan, dünya miqyasında görünməyən vəhşiliklərlə üzləşmiş soydaşlarımız hələ də haqqın, ədalətin bərpasını gözləyir.

Sözügedən dövrdə dövlət mexanizminin yetərincə işləməməsi, güclü nizami ordunun olmaması ölkəmizi ağır nəticələrə gətirib çıxardı. Lakin tarixin çətin sınaqlarından çıxan Azərbaycan bu gün öz müqəddəratını özü həll etmək gücündədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf mexanizmi bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Görülmüş uğurlu işlərin nəticəsidir ki, dövlətimiz yüksək səviyyədə inkişaf etmiş, ordumuz regionun hərbi gücləri arasında öncül sıralarda mövqe tutmuşdur. Bunu bariz nümunəsi kimi 2016-cı ildə baş verən aprel döyüşlərini göstərmək kifayətdir. Bu bir daha göstərir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək qüdrətinə sahibdir. Bu döyüşdəki qələbəmiz nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yollar düşməndən azad olunmuşdur.

1994-cü ildə atəşkəs haqqında sazişdən sonra ən şiddətli döyüş kimi yadda qalan aprel döyüşləri düşmənin əzmini qırdı və Azərbaycanın qüdrətini dünyada bəyan etdi. Düşmən bu gün anlamalıdır ki, Azərbaycan artıq regionun güclü dövləti kimi öz əzəli torpaqlarına hər an qayıtmaq fikrini reallaşdıra bilər. Belə ki, Azərbaycan bu gün elə bir qüdrətə sahib olub ki, Azərbaycanla müharibə şəraitində Ermənistanın təkbaşına heç bir şansı yoxdur. Necə deyərlər, Ali Baş Komandanın dediyi kimi “Bizimlə təkbətək vuruş,

görək axırı nə olacaq”. Bəli həqiqətən, ermənilər üçün başlanan hər hansı bir müharibənin axırı çox dəhşətli olar.

Aprel döyüşlərində məğlub olan düşmənlərimiz artıq yeni münaqişə ocağı yaratmaq istəyirlər. Belə ki, ermənilər 12 iyul 2020-ci il tarixindən etibarən Ermənistan – Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca təxribatlar törədərək, ağır silahlarla hücumlar etmişlər. Lakin Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onların təxribatının qarşısını almışdır. Ordumuzun rəşadəti bir daha göstərdi ki, Azərbaycan bu gün güclü dövlətdir, öz sərhədlərinin toxunulmazlığını qorumaq iqtidarındadır. Bu orduda vətənə xidmət edən qəhrəman əsgər və zabitlər həmişə özlərini vətən üçün sipər etmiş, canları bahasına, qanları bahasına yurdlarını qorumuşlar. Tovuz hadisələri zamanı erməni silahlı qüvvələrinin hücumu nəticəsində ordumuzun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən digər hərbi qulluqçularımız da qəhrəmancasına şəhid olmuşlar. Düşmənə qarşı böyük müqavimət göstərən belə qeyrətli oğullarımız göstərdiyi qəhrəmanlıqlarla insanlarımızın qəlbində daima yaşayacaqlar...

Tovuz hadisələri bir daha göstərdi ki, ermənilər Azərbaycana qarşı daim işğalçılıq niyyətindədir və hər vəchlə torpaqlarımızın işğalına çalışır, artan iqtisadi potensialımızı təhdid edərək strateji baxımdan əhəmiyyətli bölgələrimizi hədəfə alırlar. Baş verənlər dünyada ermənilərin Azərbaycana qarşı yeni-yeni işğalçılıq istəklərinin olmasına, milli-etnik zəmində qırğınlar törədərək digər ərazilərə göz dikdiklərinə, həmçinin dövlətimizin iqtisadi baxımdan strateji mövqelərini hədəfə almaq, bununla da neft və qazın Avropa bazarına daşınmasına maneələr törətmək istəklərinə bir daha əminlik yaratdı. Necə deyərlər, dünya bir daha ermənilərin iç üzünü gördü. Lakin düşmənimiz yaxşı bilir ki, Azərbaycan ordusu istənilən hücumun, istənilən təxribatın qarşısını yerindəcə almaq, layiqli cavab vermək gücünə malikdir və tarixi Azərbaycan torpaqlarını düşməndən təmizləmək niyyətini hər an həyata keçirə bilər. Bunun üçündür ki, daim yeni-yeni təxribatlara əl atan ermənilərin mənfur niyyətləri puç olur.

Törətdiyi hücumların nəticəsiz qaldığını görən miskin ermənilər növbəti təxribata əl atdılar, yəni müxtəlif ölkələrdə azərbaycanlılara qarşı fitnə-fəsad törətməyə başladılar. Öz çirkin niyyətlərini daim beynəlxalq ictimaiyyətdən gizlədən ermənilər, artıq mənfur, çirkin istəklərini basdıra bilmədilər. Belə ki, dünyanın müxtəlif yerlərində azərbaycanlılara qarşı vəhşiliklər etməyi başladılar. Necə deyərlər, artıq silah gücü ilə bir şey əldə edə bilməyəcəyini görüb, öz xain niyyətlərini yeni müstəvidə, yeni formada həyata keçirməyə çalışdılar. Lakin dünya onların barbar olduğunu anladı...

Ermənistan hakimiyyəti artıq anlayır ki, Azərbaycana qarşı işğalçılıq niyyətini heç bir vəchlə həyata keçirə bilməyəcək. Tarixən ermənilərin şiddətinə məruz qalan xalqımız artıq güclü bir dövləti ilə onun qarşısında dayanmış, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx səfərbər olmuşdur. Böyük ruh yüksəkliyinin carçısı olan orduya dəstək yürüşü də məhz bunun bariz nümunəsi idi. Yəni bu yürüş bir daha göstərdi ki, xalq Prezidentinin, ordusunun yanındadır və onunla həmrəydir. Bu da ölkəmizin gələcəyini həmişə aydınladacaq, onu yeni-yeni uğurlara aparacaq, düşmənin qarşısında qüdrətli və yenilməz edəcəkdir! Çünki birlik məğlubedilməzlik və sarsılmazlıq simvoludur. Bizim birliyimiz – iqtisadiyyatımızın daim tərəqqiyə doğru ədalətli yürüşü, birliyimizi parçalamaq istəyənlərin ömrünə vurulacaq zəfər möhürü və ən əsası isə işğal olunmuş torpaqlarımızın üzərində dalğalanacaq üçrəngli bayrağımız olacaq!

3 saylı Bakı “ASAN Xidmət” mərkəzində

Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin

rəisi vəzifəsini icra edən

Gültən Abdullayeva 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !