Milli Olimpiya Komitəsi Maskot müsabiqəsi elan edir -

Milli Olimpiya Komitəsi Maskot müsabiqəsi elan edir

Azərbaycan Milli Olimpiya Komitəsi  ölkəmizi tədbirlərdə təmsil edəcək maskotu xalqımızla birlikdə müəyyənləşdirəcək.  Öz ideyasına, bacarığına güvənən hər kəs  kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri 1 oktyabr tarixinədək mövzuda "Maskot" qeyd etməklə MOK-un e-mail ünvanına ([email protected])  göndərə bilər. Personaj ideyası seçimində sərhəd yoxdur.  Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçıların  təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər.  Müsabiqənin qalibi Milli Olimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək. Qalib olan işin müəllifi xüsusi medalla təltif ediləcək.

Qeyd edək ki, qalib olaraq seçilmiş talisman rəsmi şəkildə Azərbaycan Olimpiya Komitəsinin mülkiyyətinə keçmiş olacaq.

Müsabiqəyə qoşulun, siz də Azərbaycan Olimpiya tarixinin bir hissəsi olmaq şansını qazanın!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !