Tezliklə Sağlam Qida Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək -

Tezliklə “Sağlam Qida”Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək

Məlumunuzdur ki, Cənab Prezident İlham Əliyev 2020-ci ili “Könüllülərili” elan etmişdir.“Gənclərin Töhfəsi” İctimai Birliyi“Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycanda yenidən sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu layihəsini həyata keçirəcəkdir.
Layihə rəhbəri Məhsəti Hüseynova bildirdi ki, layihənin keçirilməsinin əsas məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən xilas etmək, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçünzərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma, qida təhlükəsizliyi və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildəmaarifləndirilməkdən ibarətdir.
Birliyin sədri Asim Vəliyevin sözlərinə görə layihə çərçivəsində 2 günlük Qarabağ və GəncəForumu keçiriləcək, qida təhlükəsizliyi və sağlam qidalanma mövzusunda 5 internet tv veriliş hazırlanacaq, həmçinin “Sağlam həyata addımla” adlı maarifləndirici kitab hazırlanaraq paylanılacaqdır. Forumda aidiyyəti üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçiriləcəkdir.
Panel müzakirələrdə“Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi- çətinliklər, görülən işlər və hədəflər”, “Sağlam qida sağlam gələcəyin təminatıdır”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” panellərində peşəkar mütəxəssislərin iştirakı ilə müzakirələr baş tutacaq, gənclərlə maraqlı diskusiyalaraparılacaqdır.
Nəzərinizə çatdıraq ki, “GənclərinTöhfəsi” İctimai Birliyi 2019-cu ildə “SağlamQida” Könüllülərinin 1-ci RespublikaForumunun, 2020-ci ildə “SağlamQida” Könüllülərinin ŞamaxıForumunun təşkilatçısıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !