Eurovision-2012 mahnı müsabiqəsinin yarımfinalları və finalı Bakı vaxtı ilə saat 00.00-da başlayacaqdır -

“Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinalları və finalı Bakı vaxtı ilə saat 00.00-da başlayacaqdır

“Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinalları və finalı Bakı vaxtı ilə saat 00.00-da başlayacaqdır. Səsvermə isə şounun son 15 dəqiqəsində olacaqdır.
“Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupundan AzərTAc-a bildirmişlər ki, tədbirin başlanması Mərkəzi Avropa vaxtı ilə isə saat 21.00-a təsadüf edəcəkdir.
Müsabiqənin icraedici rəhbəri Yan Ola Sand yarışmanın bir qayda olaraq axşam saat 21.00-da başladığını bildirmişdir. Bu da Bakı vaxtı ilə gecə saat 12.00 deməkdir.
Bununla yanaşı, “Eurovision-2012” mahnı müsabiqəsinin səsverməsi şounun son 15 dəqiqəsində həyata keçiriləcəkdir. Bu qərarı verməkdə məqsəd tamaşaçıların fikrini müsabiqədən yayındırmamaqdır. Son iki ildə yeni səsvermə üslubu sınanılmışdır. Səsvermə prosesi bütün şouboyu həyata keçirilmişdir. Təcrübə göstərmişdir ki, bu, tamaşaçıların şounu yaxşı izləmələrinə mane olur. Qərara gəlinmişdir ki, bu ildən etibarən şounun sonunda səsvermə bərpa edilsin. İştirakçıların qiymətləndirilməsinin 50 faizi tamaşaçı səsverməsinə, 50 faizi isə münsiflər heyətinə aid olacaqdır.
“Eurovision-2012” mahnı müsabiqəsi mayın 22, 24 və 26-da Bakıda baş tutacaqdır. Mayın 22-də keçiriləcək 1-ci yarımfinalda 18 ölkə - Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan iştirak edəcəkdir. Mayın 24-də keçiriləcək 2-ci yarımfinalda isə 19 ölkə - Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina mübarizə aparacaqdır. Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və qalib ölkə kimi Azərbaycanın çıxışı isə mayın 26-da - müsabiqənin final mərhələsində olacaqdır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !