Könüllülər növbəti dəfə donorluq etdilər - - FOTO

Könüllülər növbəti dəfə donorluq etdilər - FOTO

Artıq uzun müddətdir ki, Azərbaycanda Aşura günü xeyirxahlıq etmək, ehtiyacı olan xəstə insanlara qan vermək ənənəsi yaşadılır.
 


Bu il də ölkəmizdə Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.
 


Əvvəlki Aşura günlərindən fərqli olaraq, dünyada davam edən koronavirus pandemiyası ilə əlaqədar, ehsan niyyəti ilə qan vermək istəyən şəxslər məscidlərə deyil, Mərkəzi Qan bankının paytaxt və bölgələrdəki bölmələrinə yönləndiriliblər.
 


Azərbaycan könüllüləri də bu nəcib aksiyadan kənarda qalmayıblar. Bakı, Gəncə və Mingəçevirdə könüllülər həm donor qismində çıxış edib, həm də Qan Bankına yaxınlaşan donorların yönləndirilməsi, suallarının cavablandırılması və eyni zamanda sosial məsafənin qorunmasının təmin edilməsində dəstək göstəriblər.
 


Xatırladırıq ki, dövlət başçının 2020-ci ili “Könüllülük ili” elan etməsinə dair Sərəncamına uyğun olaraq ölkədə daha da geniş vüsət alan könüllülük fəaliyyətinə cəlb olunmuş gənclər pandemiya dövründə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərərək, artıq bir neçə dəfə ehtiyacı olan şəxslər üçün qan verilməsi aksiyalarında iştirak ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !