Gülağa Tənha - " Mən Allah adamıyam " ifa: Xalq artisti Laləzar Mustafayeva

Gülağa Tənha " Mən Allah adamıyam " ifa: Xalq artisti Laləzar Mustafayeva

 Xeyriyyəçi-şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimi. Çıxış üçün söz verilirAzərbaycan Respublikasının xalq artisti Laləzar Mustafayevaya. Təqdimatda Laləzar xanım şairin bir neçə şeirini səsləndirmişdir, odur ki, qiraət etdiyi şeirlərin birinci hissəsini təqdim edirik. Əvvəlki yayımlarda daha çox videoçarxda yer alan şeiri oxucuların ixtiyarına verilirdisə, bu dəfə qərara gəldik ki, hər dəfə şairin şeirlərini bir çoxunu oxucularla tanış edək...

 



BU QIZ NİYƏ KÖVRƏLİBDİ GÖRƏSƏN

Gülşənimi xəzan vuran ağlayar,
Bu qız niyə kövrəlibdi görəsən?
Ümidini göz yaşına bağlayar,
Bu qız niyə köbrəlibdi görəsən?

Saçlarını dəli yellər darayır,
Seçə-seçə, saya-saya qarıyır.
Dərdə düşüb, dərdə dərman arayır?
Bu qız niyə kövrəlibdi görəsən?

Sir sözünü ürəyində saxlasın,
Ümidini sabahlara bağlasın,
Ağlayırsa, Leyli kimi ağlasın,
Bu qız niyə kövrəlibdi görəsən?

Gecələri ömür qədər uzundu? –
Gözlərindən qəm-qəhəri poz indi.
Bu hikməti Tənha kimi yox indi,
Bu qız niyə kövrəlibdi görəsən?

Noyabr, 1989

 

 


TANIMADINMI?

Dərdə bükdü ürək üzən qəhəri,
Gözəl, Gülağanı tanımadımadınmı?
Aylar ilə açılmadı səhəri,
Gözəl, Gülağanı tanımadınmı?

Səni qarış-qarış soraqlayardı,
Ömrünü kitab tək varaqlayardı,
Əlləri saçını daraqlayardı,
Gözəl, Gülağanı tanımadınmı?

Bir sərin bulağam, vuqarlı dağam,
Ayrıldıq, ölmədim, sağlamam, sağam.
Deyərdin: “Hardasan, mənim Gülağam?”
Həmin Gülağayam, tanımadınmı?...

Sumqayıt, sentyabr, 1981

 

 


SƏNƏ SADAĞA GƏLMİŞƏM

Hardadı sevgi çəməni,
Yol gedirəm qarasına.
Gedirəm ki, göz yaşımı,
Məlhəm edəm yarasına.

Nə çoxdu yuxu yozanlar,
Yozub yollarda azanlar.
Məni də yazdı yazanlar,
Kərəmlərin sırasına.

Masallı, aprel, 1975

 

 


GƏL

Sevgim taleyimə qəhər sarıdı,
Gözlərin yollardan yorulanda gəl.
Onsuzda həsrətin rəngi sarıdı,
Yarpaqlar budaqda saralanda gəl.

Ömür ödəyirik bir sevda üçün,
Mənzili haradı yol gedən köçün?
Arabir ağlayıb sən için-için,
Səbrin ayrılıqdan daralanda gəl.

Belə dərd görməyib dünyanın üzü,
Dillərdə söz oldu sevginin sözü,
Qaraltın biryolluq günü-gündüzü,
Gecənin bənizi qaralanda gəl.

Ötən günlərini anıb ağlama,
Ötən illərini danıb ağlama,
Yandıq kül içində, yanıb ağlama;
Gülağa bir övuc qor olanda gəl!...

Ərkivan, avqust, 2000

 

 


MƏN SƏNİN ADINA YAZDIM DÜNYANI

Bir gözəl eşqilə, yar həsrətilə,
Axtardım hər yeri, gəzndim dünyanı.
Bakıda bir qızın məhəbbətilə,
İtirdim ağlımı, azdım dünyanı.

Eləbil qəvvasdım tapmışdım inci,
Qara gözlərinin oldum girinci,
Hüsnünə nəqş olub dünya sevinci,
Mən sənin adına yazdım dünyanı.

Ulu Tanrı mənə verdi kainat,
Qəm-qüssədən uzaq, gözəl bir həyat.
Qəfildən taleyim sındı, verdi cat,
Qısnadım dünyanı, qazdım dünyanı.

Gülağa, bu dünya qara bir zindan,
Onsuz bu dünyada dustağam, inan.
Qürvətdə ah çəkib, eyləyib fəğan,
Qocala-qocala pozdum dünyanı.

Oktyabr,1998

 

 

 

BAXMA ULDUZLARA

Baxma ulduzlara, ulduzlar sönər,
Sənin gözlərinin nurundan, gülüm.
Sən yalnız mənə bax, alışım yanım,
Sevgilər göyərsin gorumdan, gülüm.

Gözəllər gözəli, ay nazlı xanım,
Sənin ayağına sərrəm dünyanı,
Sənə qurban olsun bu sevən canım,
Kədərli halına məndə tab hanı?

Bulaqsan, cağlayıb belə axma sən,
Sevən ürəyimi oda yaxma sən.
Gəl yalnız mənə bax, yada baxma sən,
Sevgilər göyərər qorumdan, gülüm.

Gülağa, dərdini cözələ burda,
Salıbsan meylini qəzələ burda,
Döndərmə ömrünü xəzələ burda,
Qurtar bu həsrətin torundan, gülüm.

May 2003

 

 

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #Laləzar #Mustafayeva #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !