Dərman preparatları, ehtiyat hissəsi və siqaretlər aşkarlandı - - FOTO

Dərman preparatları, ehtiyat hissəsi və siqaretlər aşkarlandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
 


Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd "DAF", 2 ədəd "Mercedes-Benz" və "Ford F-max" markalı yük nəqliyyat vasitələri saxlanılıb.
 


Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 1 ədəd beşbarmaq, 36 qutu dərman preparatı, 1 ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1400 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.
 


Faktlarla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !