Niderland mediasında şəhid mayor Anar Novruzovdan yazılıb -

Niderland mediasında şəhid mayor Anar Novruzovdan yazılıb

Niderlandın "haber.nl" portalında Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlar zamanı qəhrəmanlıqla həlak olmuş azərbaycanlı hərbçi, mayor Anar Novruzovdan bəhs edən məqalə dərc edilib.
 


Yazını Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev və Şuranın üzvü, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəri Kəmalə Ceylinova qələmə alıblar. Məqalədə Anar Novruzovun ömür yolu və 25 illik hərbi karyerası barədə ətraflı məlumat verilib. Aprel və Tovuz savaşlarının qəhrəmanı olan Anar Novruzovun vətənpərvərliyi, xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsədiyi, Türkiyədə mükəmməl hərbi təlim keçdiyi, erməni diversiya qruplarının kabusuna çevrildiyi, xidmət etdiyi dövrlərdə Qarabağ cəbhəsində dəfələrlə düşmən təxribatının qarşısının alınmasında şücaətlə iştirak etdiyi bildirilib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə: https://www.haber.nl/in-herdenking-van-een-held-anar-novruzov/

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !