"Züleyha ilə dialoqlar" filmi CinéDOC-Tbilisi Bəynəlxalq Sənədli Film Festivalı -

"Züleyha ilə dialoqlar" filmi CinéDOC-Tbilisi Bəynəlxalq Sənədli Film Festivalı

"Züleyha ilə dialoqlar" filmi CinéDOC-Tbilisi Bəynəlxalq Sənədli Film Festivalının “Special Screening” adlı bölməsində nümayiş olunacaq. 2013-cü ildə yaranan CinéDOC-Tbilisi Qafqazın ən böyük və nüfuzlu Bəynəlxalq Sənədli Film festivalıdır.
2019-cu ildə çəkilən "Züleyha ilə dialoqlar" qısametrajlı sənədli filmi azərbaycanlı peşəkar pianoçu və şəfaçı Züleyha Abdullayeva haqqındadır. Onun xəstəsi olmuş gənc rejissor Rəşid Ağamalıyev tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.
Azərbaycan (“Peri film”), Çexiya (“Oliel Company”) və Gürcüstanın (“Chai Khana”) birgə istehsalı olan, Praqada yerləşən Nəfis Sənətlər Akademiyasının Kino və televiziya fakültəsinin (FAMU) dəstəyi ilə çəkilən film azərbaycan, türk və ingilis dilindədir. 2020-ci ilin yanvarın 15-də, YARAT Müasir İncəsənət Mərkəzində "Zuleyxa ilə dialoqlar" sənədli filminin premyerası baş tutmuşdur.
Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karaka (Belarus), rəng üzrə mütəxəssis Yan Vlnas (Çex Respublikası), qrafik dizayneri Nəzrin Ağamalıyeva (Azərbaycan), layihə koordinatoru Durna Səfərovadır (Azərbaycan). Filmin çəkilişlərində Züleyha Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Merih Cırıtlı (Türkiyə), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !