Publisist-politoloq Reyhan Mirzəzadənin - Naxçıvanda yeni kitabları nəşr olundu.

Publisist-politoloq Reyhan Mirzəzadənin Naxçıvanda yeni kitabları nəşr olundu.

 Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondu tərəfindən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Biriliyində publisist-politoloq Reyhan Mirzəzadənin “Salam, Sergey Yesenin!” və “Nikolay Qavriloviç Çernışevski: “Nə etməli?” adlı iki kitabı nəşr olunmuşdur.
Bu ilin oktyabrın 3-də yaradıcılığının ən məhsuldar dövrünü Bakıda yaşamış görkəmli rus lirik şairi Sergey Aleksandroviç Yeseninin anadan olmasının 125 illiyi dünyanın bir çox ölkələrində qeyd olunacaq. Azərbaycanı, Bakını sonsuz bir məhəbbətlə sevən və bu duyğularını əsərlərində dönə-dönə vəsf edən Yesenin, xalqımızın da qəlbində əbədi olaraq yaşayır. Şairin əsərləri bu gün də sevilə-sevilə oxunmaqdadır. Bakıdan yola düşərkən arxaya boylana-boylana qəmgin və kövrək pıçıltı ilə “Əlvida, Bakı!” deyən Yeseninin yubileyi ərəfəsində müəllif R.Mirzəzadə öz kitabında yenidən şairi salamlayır. Şairin həyat və yaradıcılığının maraqlı, eyni zamanda indiyədək Azərbaycan oxucularına məlum olmayan məqamları kitabda əksini tapmışdır.
Görkəmli rus inqilabçı-demokratı, mütəfəkkiri, filosofu, yazıçı-publisisti, iqtisadçısı Nikolay Qavriloviç Çernışevskinin keşməkeşli, mübarizə dolu həyatı, bu həyatın sərt və acı sınaqlarına mərdliklə sinə gərməsi, “Nə etməli?” və digər əsərləri ilə dünya ədəbiyyatında parlaq iz qoyması, Azərbaycanın şifahi xalq ədəbiyyatına yuksək dəyər verməsi, xalqımızın milli –mənəvi sərvəti olan “Koroğlu” dastanıbarədə genişhəcmli resenziya müəllifi olması və digər əhəmiyyətli məsələlər barədə R.Mirzəzadənin ikinci kitabında bəhs olunur.
Umidvarıq ki, dərin tədqiqatlar əsasında yazılan, “Əcəmi” nəşriyyatında çoxsaylı tirajla çap olunaraqyüksək keyfiyyətli poliqrafiya nümunələri kimi təqdim edilən hər iki kitab ədəbiyyatsevər oxucular tərəfindən maraqla qarşılanacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !