Qanunsuz ov edən şəxslər cəzalandırılıb -

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.


Bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.


“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov olduğu məlum olub, onlardan ov tüfəngləri və patron götürülüb.


Faktla bağlı  qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !