Yoahim Lev alman maşınını komplektləşdirib - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Yoahim Lev alman maşınını komplektləşdirib -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Almaniya millisinin baş məşqçisi Yoahim Lev sentyabrın əvvəlində başlanacaq Millətlər Kubokunda mübarizəyə qatılacaq komandanı komplektləşdirib. O, sözügedən turnirdə İspaniya (3 sentyabr) və İsveçrə (6 sentyabr) milisinə qarşı keçiriləcək oyunlarda xidmətindən yararlanmaq istədiei oyunçuların adlı siyahısını açıqlayıb. Maraqlıdır ki, alman maşınının çalışdırıcısı münhenli müdafiəçi Nikolas Zyule və yarımmüdafəçi Leroya Sane istisna olmaqla, heyətə "Bavariya" və "Leypsiq" klubundan heç kəsi dəvət etməyib. Buna səbəb kimi o, hər iki komandanın UEFA Çümpionlar Liqasında sonadək mübarizə aparmasını göstərərək, bu klubların oyunçularına istirahət vermək istədiyini bildirib. O, heyətə yeni oyunçu kimi, qapıçı Oliver Bumannı ("Xoffenhaym"), müdafiəçi Robin Qozens ("Atlanta"), yarımmüdafiəçi Florian Noyxausu ("Borussiya" M) cəlb edib.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !