Qonsalo İquain "Yuve"dən gedir - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Qonsalo İquain "Yuve"dən gedir -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

"Yuventus" klubunun forvardı Qonsalo İquain klubla yollarını ayırmaq qərarına gəlib. Bu haqda məlumatı "Qoca Sinyora"nın yeni baş məşqçisi Andrea Pirlo təsdiqləyib. "Mən İquainlə danışdım. O, karyerasının ən mühüm vaxtlarını burada keçirib və əla bir oyunçu olduğunu sübut edib. Mən ona qibtə edirəm. Amma bütün bunlara baxmayaraq, biz onunla yollarımızı ayırmaq qərarına gəldik. Onunla olan dövrümüz bitdi. Bizim aramızda ciddi söhbət oldu və biz ayrılmaq qərarı verdik" - Andrea Pirlo belə deyib. Xatırladaq ki, 32 yaşlı İquain 2016-cı ildə "Napoli"dən "Yuve"yə transfer edib. O, Turin təmsilçisinin heyətində 3 dəfə İtaliya çempionu və 2 dəfə İtaliya Kubokunun sahibi olub.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !