"Bavariya" ÇL-nin finalında "PSJ"ni udaraq 6-cı dəfə bu titulu qazanıb - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

"Bavariya" ÇL-nin finalında "PSJ"ni udaraq 6-cı dəfə bu titulu qazanıb -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Dünən Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" stadionunda baş tutan final oyunu ilə UEFA Çempionlar Liqasının 2019\20-ci illər mövsümünə yekun vurulub. Bu super finalda Almaniyanın "Bavariya"sı ilə "PSJ" (Fransa) qarşılaşıb. Mraqlıdır ki, az qala bütün dünyanın maraq dairəsində olan bu görüşün taleyi aılman klubunun fransalı yarımmüdafiəçisi Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qolla həll edilib. Bununla da "Bavariya" öz tarixində daha bir neçə rekordlara imza atıb. Beləki, 7 illik fasilədən sonra Münhen təmsilçisi yenidən və sayca 6-cı dəfə ÇL Kubokunu başı üzərinə qaldımağa müvəffəq olub. Xatırladaq ki, "Bavariya" 1974, 1975, 1976, 2001-ci və 2013-cü illərdə eyni uğura imza atıb. "Bavariya" bu qələbə sayəsində, həm də trebl etməklə "Barselona"ya çatıb. Belə ki, komanda 2012\13-cü illər məvsümündə olduğu kimi yenə də, bir mövsümdə üç titul (Almaniya çempionluğu, Almaniya Kuboku və Çempionlar Liqası) qazanıb. Xatırladaq ki, buna qədər bir mövsümdə 3 titulu 2 dəfə qazanan yalnız "Barselona" klubu olmuşdu. Kataloniya təmsilçisi 2008\09 və 2014\15-ci illər mövsümündə İspaniya La Liqasını, İspaniya Kubokunu və Çempionlar Liqasını udub. Bir məqamı da qeyd edək ki, "Bavariya" bu mövsüm ÇL-da keçirdiyi bütün oyunları udmaqla da yeniliyə imza atıb. Final matçı da daxil olmaqla 6 oyun keçirən "Bavariya" 18 xal toplamaqla yanaşı, həm də, rəqib qapılarına vurduğu 24 qolun müqabilində öz qapısından cəmi 5 qol buraxıb.Baş məşqçi Xans-Ditera Flikin yetirmələri tunirin 1\8 finalında "Çelsi"ni 2 dəfə olmaqla 3:0 və 4:1, 1\4 finalda "Barselona"nı 8:2, yarımfinalda isə "Lion"u 3:0 hesabla udub. Beləliklə də, "Bavariya" bir mövsümdə ÇL-da keçirdiyi bütün oyunları udan ilk komanda kimi də tarixə düşüb.Xatırladaq ki, 1\4 finaldan başlayaraq, komandalar 1 dəfə qarşılaşıblar.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !