"Sevilya" Avropa Liqasını 6-cı dəfə... - -FOTO=5(AZpressAZ) İNTİQAM Məmmədov

"Sevilya" Avropa Liqasını 6-cı dəfə... -FOTO=5(AZpressAZ) İNTİQAM Məmmədov

UEFA Avropa Liqasının 2019\2020-ci il məvsümünə Kölndə (Almaniya) "Sevilya" (İspaniya) ilə "İnter" (İtaliya) arasında baş tutan həllediği final matçıyla yekun vurulub.Gərginvə maraqlı mübarizə şəraitində keçən oyun birincinin 3:2 hesablı qələbəsi ilə bitib. Matçda ilk qolu 5-ci dəqiqədə "İnter"in braziliyalı oyunçusu Romel Lukaku vurub.Bundan sonra hücumu daha da gücləndirən "Sevilya" Luk de Yonqun 12 və 33-cü dəqiqədə vurduğu qollar sayəsində hesabda irəli çıxıb - 2:1. Lakin Qodinin 36-cı dəqiqədə vurduğu dəqiq zərbə hesabın yenidən bərabərləşməsinə səbəb olur - 2:2. Komandalar bu hesabla fasiləyə yollanıblar. Maraqlıdır ki, ilk yarısında 4 qol vurulan matçın ikinci yarısında cəmi bir qol vurulub ki, o da həlledici olub. 74-cü dəqiqədə "Sevilya"nın müdafiəçisi Dieqo Karlosun başı üzərindən (çerez sebya) qapıya vurduğu topu Romel Lukaku ayağı ilə qaytamaq istəsə də mümkün olmayıb. Top istiqamətini dəyişərk qapı toruna düşüb - 3:2. Avtoqol kimi qeydə alınan bu top "Sevilya"ya qələbə qazandırıb. Bununla da "Sevilya" öz tarixində 6-cı dəfə bu turnirin finalına çıxıb və 6-cı dəfə də kuboku başı üzərinə qaldırmağa müvəffəq olur. Onun oyunçusu - bəlli oyunda dubl edən Luk de Yonq isə həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !