Şahmat yığmamız Olimpiadanın 14 finalında - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Şahmat yığmamız Olimpiadanın 1\4 finalında -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Avqustun 21-də Azərbaycan yığması da daxil olmaqla planetin ən yaxşı 40 milli komandasının iştirakı ilə startı verilən şahmat üzrə onlayn-Olimpiadanın ilkin qrup mərhələsinə bu gün keçirilən 3 turla yekun vurulub. Turnirin B qrupunda Ukrayna, Qazaxıstan, İspaniya, Fransa, Macarıstan, Slovakiya, Norvec, Hollandiya və CAR yığması ilə birlikdə mübarizə aparan Azərbaycan yığması birinci mərhələni qrup lideri kimi başa vurmaqla birbaşa turnirin 1\4 finalına çıxıb. Xatırladaq ki, turnirin ilk günündə keçirdiyi 3 oyunun hamısını udaraq qrupun vahid liderinə çevrilən yığmamız ikinci gün keçirdiyi 3 oyundan yalnız bir qələbə qazanmaqla liderliyi əldən verərək yarış cədvəlində birbaşa 5-ci yerə düşmüşdü. Lakin, özünü toparlayan yığmamız son gündə keçirdiyi hər üç görüşü qələbə ilə başa vuraraq, yenidən liderliyi ələ alıb. Son günün ilk matçında İspaniyanı 4:2, ardından Norveçi 5,5:0,5 hesabla udan millimiz üçüncü matçda isə Fransanı üstələyib - 3,5:2,5.
Yekun turnir cədvəli belədir: Azərbaycan, Macarıstan - hərəyə 14 xal, Ukrayna, Qazaxıstan, İspaniya - hərəyə - 13 xal, Hollandiya - 9 xal,Slovakiya - 8 xal, Fransa - 4 xal, Norveç - 2 xal, CAR - 0 xal.
Qeyd: Reqlamentə görə qruplarda ilk yeri tutan komandalar
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !