Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib -

Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 28 avqust - 1 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə ingilis dili, alman dili və kimya  fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apellyasiya müraciəti etmək imkanı yaradılacaq. Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apellyasiya  müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apellyasiya müraciətlərinə baxılacaq.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !