Bakı Dövlət Universiteti yazılanları təkzib etdi -

Bakı Dövlət Universiteti yazılanları təkzib etdi

Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində guya Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bildiririk ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir.


Əlavə olaraq bildirirk ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə  Bakı Dövlət Universitetində ciddi riayət olunur. Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir.


Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !