Masallıda abadlıq və yenidənqurma işləri gündən-günə sürətlənir - -FOTO=8 (AZpressAZ) Ə.Şükürov

Masallıda abadlıq və yenidənqurma işləri gündən-günə sürətlənir -FOTO=8 (AZpressAZ) Ə.Şükürov

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Masallı rayonunda da yenidənqurma və abadlıq işləri gündən – günə sürətlənir. İndi Masallının elə bir ərazisi yoxdur ki, orda tikinti və yenidənqurma işləri aparılmasın.
Rayon rəhbərliyi bütün işləri daim diqqət mərkəzində saxlayır. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov tez-tez abadlıq-quruculuq işləri aparılan ərazilərdə mövcud vəziyyətlə maraqlanır. Görülən işlərlə yerində tanış olur, ağac əkilməsindən tutmuş təmizlik işlərinə qədər keyfiyyətlə görülməsi üçün tapşırıqlar verir, nəticəsini yoxlayır. Bu, insanlarda məsuliyyət hissini ikiqat artırır və verilən tapşırığı ləyaqətlə yerinə yetirməyi təmin edir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən yol infrastrukturunun yenidənqurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində qısa vaxt ərzində Masallı şəhərinin 18 prospekt və küçəsinə asfalt döşənməsi işi başa çatdırılıb. Yol inşaatçıları gördükləri işin keyfiyyətinə fikir verib, rayon rəhbərinin və sakinlərin “Sağ ol”unu qazanıblar. Məhz Masallıda həyata keçirilən tikinti-quruculuq işlərini yüksək qiymətləndirən sakinlər həyata keçirilən bu işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !