Yığmamız dünya reytinqində geriləyib - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Yığmamız dünya reytinqində geriləyib -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

FİFA dünya futzal yığmalarının yeni reytinq cədvəlini elan edib. Təəssüflər olsun ki, baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan Azərbaycan millisi 1407 xalla yeni cədvəldə bir pillə geriləməklə 14-cü yerə düşüb. Buna baxmayaraq, milimiz UEFA-nın analoji cədvəlində 9-cu pillədəki yerini saxlayıb. Yığmamızın 14-cü olduğu reytinq cədvəlinə 1810 xalla Braziliya millisi liderlik edir. İspaniyanın (1801) ikinci yeri tutduğu bəlli cədvəldə ilk üçlüyü Argentina (1694) tamamlayır.
Yeri gəlmişkən, sentyabrın 2-də UEFA-nın Nyonda (İsveçrə) yerləşən Mənzil Qərargahında AÇ-2022-nin seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Püşkatmadan öncə adıçəkilən qurum yığmaları reytinq vəziyyətinə görə səbətlərə yığıb. Azərbaycan A səbətində yer alıb.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !