Hadalsız və Federersiz US Open-2020 - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Hadalsız və Federersiz US Open-2020 -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Dünyanı aöuşuna alan koronavirus pandemiyası dünya tennisinə, o cümlədən avqustun 31-də Nyu-Yorkda (ABŞ) start götürəcək US Open-2020-yə də öz tutarlı zərbəsini vurub. Belə ki, məhz bu yolxucu xəstəlik üzündən turnir həm dünya tennisinin liderlərini, həm də yüz milyonlarla dollar itirdi. Çünki oyunlar hamısı azarkeşsiz keçiriləcək ki, bu milyonlarla maliyyə itkisi deməkdir. Turnirin direktorunun verdiyi xəbərə görə, artıq 30 iştirakçı ərizəsini geri götürərək turnirdə iştirakdan imtina edib ki, onlardan da 10-u kişi tennisçidir. Bir məqamı da qeyd edək ki, kişilərin turnirində Top-10-dan 3, qadınların Top-10-dan isə 6 tennisçi imtina edənlər arasında yer alıb. Kişilərdən dünya reytinqində ikinci olan və turnirin sonuncu (hazırkı) qalibi Rafael Nadal, dünya tennisində "Tennis Kralı" kimi tanının ve reytinqdə 4-cü yeri tutan Roje Federer və Top-9-da yer alan Qael Monfis, eləcə də Fabio Fonyini (11-ci), 2016-cı ildə analoji turnirin qalibi olmş Sten vavrinka (17-ci) və tennisin baş xuliqanı kimi tanınan Nuk Krios (40-cı) ABŞ-a getməyib. Qadınlara gəlincə dünyanın 1 nömrli qadın raketka ustası Eşli Barti, 2 nəmrəlisi Simona Xalep, Elina Svetolina (5-ci), Byanka Andressku (6-cı), Kiki Bertens (7-ci), Belinda Bençiç (8-ci) və 2004-cü ildə analoji turniri udan Svetlana Kuznetsova turnirdən kənarda qalacaq. Adını turnirə yazdıran kişi liderlər arasında dünyanın 1 nömrıli raketka ustası Hovak Cokoviç, Dominik Tim (3-cü), Danil Medvedyev (5-ci), Stefanos Tsitsipas (6-cı), Aleksandr Zverev (7-ci), Matteo Berretini (8-ci) və turnirin 3 qat qalibi Endi Mürrey yer alıb. Qadınlara gəlincə, Karolina Plişkova (3-cü), Sofiya Kenin (4-cü), Serena Uilyams (9-cu), Naomi Osaka (10-cu), Arina Sobolenko (11-ci), Petra Kvitova (12-ci), turnirin 2 qat çempionu Qarbinya Muqurusa (16-cı), 2016-cı ildə analoji turniri udan Anjelik Kerber (23-cü) və US Openin 3 qat qalibi Kim Kleysters kimi tanınmışlar mübarizə aparacaqlar. Yeri gəlmişkən, artıq Cokoviç Nyu-Yorkdadır. O, turnir üçün ayrılmış mehmanxanada deil, ayrıca kiralədiyi həyət evində qalır.
Yeri gəlmişkən, hazırda Nyu-Yorkda mükafat fondu 2.250.829 dollar təşkil edən "Western & Southern Open" turnir krçirilir. Turnirə avqustun 28-də yekun vurulacaq.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !