"Qarabağ" ÇL-nin 2-ci təsnifat mərhələsində "Şerif"lə qarşılaşacaq - -FOTO=5 (AZpressAZ) İNTİQAM Məmmədov

"Qarabağ" ÇL-nin 2-ci təsnifat mərhələsində "Şerif"lə qarşılaşacaq -FOTO=5 (AZpressAZ) İNTİQAM Məmmədov

Ölkəmizi Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının 1-ci mərhələsində "Sileks" (Şimali Makedoniya) klubunu darmadağn edərən (4:0) "Qarabağ" klubunun 2-ci mərhələdəki rəqibi də bəlli olub. Bu 1-ci mərhələdə Lüksemburqun "Voley" klubunu üstələyən (2:0) "Şerif"di (Moldova). Köhnə rəqiblə yenidən baş tutacaq bu qarşılaşma 26 avqustda Tofiq Bəhramov adına stadionda keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da başlanacaq oyunu qazaxıstanı hakimlaə briqadası idarə edəcək. Briqadaya baş hakim Furkat Atajanov, laysmanlar (yan hakimlər) Sergey Kolaçev və Darxan Tuleqenov, eləcə də 4-cü hakim Qriqori Moskovçenko daxildir. Bir maraqlı məqamı da qeyd edək ki, ÇL-da iştiraka görə UEFA-dan 280.000 avro (təxminən 570.000 manat) qazanc əldə edən "Qarabağ" 2-ci mərhələyə adladığı üçün daha 380.000 avro (770.000 manat) qazanıb.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !