SEVDA İBRAHİMLİ - - İncitmə məni

SEVDA İBRAHİMLİ - İncitmə məni

Məni Şairə Döndərdi

 

Torpağımın, yara qəlbi,
Qarabağın qara dərdi,
Məni şairə döndərdi.
Azərbaycan,Turan eli.


Bir ananın iki oğlu,
Azərbaycan Anadolu.
Əqidəsi,haqqın yolu.
Azərbaycan Turan eli.


Turan adlı ülküsü var.
Xalqın səsi, türküsü var
Təbriz kimi güzgüsü var.
Azərbaycan,Turan eli..!

 

***************

İncitmə məni


Bu qəlbim inciyib, səndən küsəndə,
Könlüm gözlərimə kədərlə baxır.
Gözümdə dolanan qəm yağmuruları
Acı göz yaşlarım üzümdən axır.


Yaxın gəl ətrini mən səndən alım,
İncitmə gəl məni, sən qadan alım,
Gözünə mən həsrət nə qədər qalım
Gəlmirsən hicranın yandırır, yaxir.


Ansızın bir zaman qapımı çaldın,
Bir ümid vermişdin onu da aldın.
Dəli məcnun oldun, çöllərdə qaldın
Susuz səhralara su olub axdın.


Mən Leyli olsamda eşqindən yanan,
Hər şirin kəlmənə aldanmam qanmam.
Namusum,əxlaqım gözəl tərbiyyəm,
Dumduru su kimi arxamca axır.


Bir Tanrı eşqiylə baş- başa qaldım,
Səni öz könlümun əlindən saldım.
Avarə didərgin viran olsamda ,
RuhumTanrının,könlünə axır.

 

***************

 

Nə oldu

 

İlk eşqin izləri silinməz oldu,
Dərin qaranlıqda, kor quyu doldu.
Mən ondan, ayrılıb çıxıb gedəndən,
Qəlbim həsrətindən min parça oldu.


Ürəyim köksümün ,gül qönçəsiydi,
Çatlayan dodağın, bir busəsiydi.
Həsrət, ürəyimin qəm guşəsiydi
Yığılıb bükülüb bir boxca oldu.


Tanrı dərgahından sevgi diləndim,
Əl açdım Tanrıya səni istədim,
Vəfalı olana mən güvənmişdim
Sevgisi,istəyi,çox saxta oldu.


Bu sevən ürəyə necə qıydın sən,
Bir eşq oyununda hecə çıxdın sən.
Mərhəmət hissi yox sanki zalimsən,
Nə oldu bu dəli Sevdaya oldu.

 

***************

 

ÜMİDLƏR ÖLƏRSƏ


Gülləri solubdur vətən bağının,
Ayağı murdardı çünki, yağının.
Sinəmi göynədən min- bir dağı var,
O vaxtan solubdur gülü Kərkinin.
Tarıma çəkiblər dözən səbrimi.


Dərdimin dərdinə oxşarı vardı,
Vətən sevgisiylə ürəyim yandı.
Ümudlər ölərsə ,yaşamaz ürək,
Söylərəm kamana,saza dərdimi.

 

***************


Qarabağ yurdumun yara dərdini
Vətənin qara bəxt qara dərdini.
Oyatma həsrətin ümidlərini,
Gün gələr tapılar saran dərdini.


Ahu zar bizlərin qisməti olub,
Deyirəm səbrimiz kasamız dolub.
Xocalı soyqırımı faciə olub.
Bir şair istərəm yaza dərdini.

 

***************


İZLƏRİN QALIB

 

Getdiyin yerlərdə gözlərim qalib,
Hər yana baxıram izlərin qalıb.
Eşqindən şam kimi əriyir ürək,
Dəliyə döndərir məni sənsizlik.


Dillənir qəlbimdə sanki, bayatı,
Sızlayır,qəm verir,yorur həyatı.
Könlümdə bir məş'əl alov qalayıb,
Yandırir qəlbimi, yenə sənsizlik.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !