Yük avtomobillərində tibbi ləvazimatlar və mobil telefonlar aşkarlandı - - FOTO

Yük avtomobillərində tibbi ləvazimatlar və mobil telefonlar aşkarlandı - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə tibbi ləvazimatlar və mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Man" və "Volvo" markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən müxtəlif adda 29 ədəd inyeksiya vasitəsi və 5 ədəd aksesuarları ilə birlikdə "OnePlus 7 Pro 256 GB" markalı mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !