Ağacları zədələyən şəxs cəzalandırılıb -

Ağacları zədələyən şəxs cəzalandırılıb

Siyəzən şəhəri T.İsmayılov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.


Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə "Region M” MMC tərəfindən qazıntı işləri aparılarkən 4 ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı faktı aşkar edilib.


“Faktla bağlı MMC-nin məsul şəxsi Musa Musayev barəsində akt, protokol tərtib olunub və o, 1600 manat məbləğində cərimələnib.


Ərazidəki ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Cəmiyyətə məcburi göstəriş verilib."

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !