BDU-da millət vəkili Hikmət Babaoğlu ilə onlayn görüş keçirilib -

BDU-da millət vəkili Hikmət Babaoğlu ilə onlayn görüş keçirilib

Avqustun 21-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantlarının iştirakı ilə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun onlayn görüşü keçirilib.


Professor Hikmət Babaoğlu son dövrün aktual məsələləri olan “Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı” və “Pandemiya dövründə Azərbaycan dövlətinin sosial proqramları” mövzularında məruzə ilə çıxış edib. Çıxışda Millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri, hazırkı inkişaf tendensiyaları, gələcək perspektivləri, habelə 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdi və düşmən tərəfinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində baş vermiş hərbi əməliyyatlar, Türkiyənin bu əməliyyatlara göstərdiyi reaksiya, Azərbaycan-Türkiyə quru qoşunlarının və hərbi hava qüvvələrinin genişmiqyaslı hərbi təlimləri ilə bağlı məqamlara aydınlıq gətirib.


Professor Hikmət Babaoğlu eyni zamanda, dünya gündəminin hələ də əsas mövzusu olan yeni növ koronavirus (COVID-19) pandemiyası, pandemiyanın Azərbaycana təsiri və Azərbaycan hökümətinin bu dövrdə gördüyü sosial-iqtisadi tədbirlər planı ilə bağlı ətraflı məlumat verib.


Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən onlayn görüş qarşılıqlı diskussiya şəraitində davam edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !