Tamam Cəfərova fərqlənən şagirdlərlə videokonfrans formatında görüşüb -

Tamam Cəfərova fərqlənən şagirdlərlə videokonfrans formatında görüşüb

Avqust ayının 20-də millət vəkili Tamam Cəfərova Şamaxı Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə fərqlənmə attestatı almış IX və XI sinif şagirdləri ilə videokonfrans formatında görüş keçirib. Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyevin də iştrak etdiyi görüşdə deputat məzunları təbrik edib onlara gələcək təhsil həyatlarında uğurla arzulayıb.Həmçinin millət vəkili şagirdlərə hazırda ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu təhsil siyasəti haqqında məlumat verib. Sonda məzunların hər biri gələcək təhsil planları haqqında məlumat verib, onları maraqlandıran məsələlər barədə deputatla fikir mübadiləsi ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !