Yük avtomobillərində siqaret və dərman preparatları aşkarlandı - - FOTO

Yük avtomobillərində siqaret və dərman preparatları aşkarlandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Belə ki, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840", "Mercedes-Benz Axor" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb.


Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.


Faktlarla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !