Lökbatan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub - - FOTO

Lökbatan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub - FOTO

2020-ci il 20 Avqust tarixində saat 11:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.



Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Qaradağ rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının     (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri, Qaradağ rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 4 saylı yataqxananın həyətinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 122 mm-lik top mərmisi (VOF-463) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.



Top mərmisinin ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !