"Bavariya" "Lion"u "əzrək" ÇL-nin finalına çıxıb - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

"Bavariya" "Lion"u "əzrək" ÇL-nin finalına çıxıb -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Dünən gecə saatlarında Portuqaliyanın paytaxtı Lissabonda UEFA Çempionlar Liqasının daha bir yarımfinal oyunu keçirilib. "Joze Alvalade" stadionunda baş tutan həmin oyunda Münhen (Almaniya) "Bavariya"sı Fransanın "Lion"u ila qarşılaşıb. Görüş əvvəlcədən gözlənildiyi kimi cütün favoriti sayılan "Bavariya"nın inamlı qələbəsi ilə başa çatıb - 3:0. "Lion"un qapısına vurulan 3 qoldan ikisinin müəllifi Serjio Qnabri, birininki Robert Levandovski olub. Matçın 18-ci dəqiqəsində dəqiq zərbə ilə hesabı açan Qnbari 33-cü dəqiqədə dubl edərək hesabı 2:0-a çatdırıb. Matçda son nöqtəni 88-ci dəqiqədə Levandovski qoyub. Bununla da Münhen komandası öz tarixində 11-ci dəfə bəlli turnirin həlledici final matçında iştirak etmək hüquququ qazanıb. 19974, 1975, 1976, 2001 və 2013-cü ildə finaldan qalib ayrılan "Bavariya" 1982, 1987, 1999, 2010 və 2012-ci ilin finalında məğlub olub. Yeri gəlmişkən, "Bavariya" kimi "Milan" da finala 11 dəfə çıxıb. Burada ən yüksək göstərici Madrid "Real"ına (16 final) məxsusdur. Qeyd edək ki, 7 illik fasilədən sonra ÇL-nin finalına çıxan ilk Almaniya klubu kimi tarixə düşən "Bavariya" cari mövsümdə ÇL-də keçirdiyi son 3 oyunda rəqib qapılarına 15 qol vurub. Beləki, "Lion"u 3:0 hesabla udan "Bavariya" bundan əvvəli iki oyunda isə"Barselona" vvə "Çelsi"ni müvafiq olaraq 4:1 və 8:2 hesabla udub. Ümumilikdə isə, münhenlilər cari mövsümdə ÇL-da keçirdiyi 10 matçda rəqiblərini 42 qolla cəzalandırıblar. Bu göstəriciyə görə hələlik rekord "Barselona"ya məxsusdur. Xatırladaq ki, "Barsa" 1999\2000-ci il mövsümündə 45 qol vurub.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !