Olimpiadada 1-ci lövhədə Şəhriyar Məmmədyarov oynayacaq - (AZpressAZ) İNTİQAM Məmmədov

Olimpiadada 1-ci lövhədə Şəhriyar Məmmədyarov oynayacaq (AZpressAZ) İNTİQAM Məmmədov

Xəbər verdiyimiz kimi avqustun 21-də Azərbaycan da daxil olmaqla planetin 40 yığmasının iştirakı ilə şahmat üzrə onlayn-Olimpiadaya start veriləcək. Artıq yığmamızın məşqçilər korpusu oyuna çıxacaq 6 oyunçunu və onların hansı lövhədə çıxış edcəyini müəyyənləşdirib. Məşqçilərin seçimiə görə, Şəhriyar Məmmədyarov birinci, Teymur Rəcəbov ikinci, Günay Məmmədzadə üçüncü, Gülnar Məmmədova dördüncü, Vüqar Əsədli beşinci, Xanım Balacayeva altıncı lövhədə oturacaq. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva və Aydın Süleymanlı isə ehtiyat oyunçu sırasında yer alıb. Xatırladaq ki, yığmamız Olimpiadanın Top-40 divizionunun "B" qrupunda Hollandiya, Qazaxıstan, İspaniya, Fransa, Slovakiya, CAR, Macarıstan, Ukrayna və Norveç komandasıyla birlikdə yer alıb. Yığmamız mübarizəyə Hollandiyaya qarşı oyunla başlayacaq.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !