Gömrük nəzarətinə bəyan olunmayan məhsullar aşkarlanıb - - FOTO

Gömrük nəzarətinə bəyan olunmayan məhsullar aşkarlanıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyyat hissələrinin və telefon aksesuarlarının ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, "Qara metallardan metal konstruksiyalar və onların hissələri" və "Qara metallardan qolf meydançaları üçün hissələr" kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib.

Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyyat hissələri və 2400 ədəd telefon aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !