Gülağa Tənha - "Qocalar evi" Bəhruz müəllimin çıxışı

Gülağa Tənha "Qocalar evi" Bəhruz müəllimin çıxışı

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Qocalar evi” – ni ziyarət etməsi kadrlarını izlədikdə Ağa Məhəmməd Amanın “İnsan” adlı qısa hekayəsini xatırladıq.

 

 

Qocalar evinin sakinləri arasında xəbər yayılır ki, qonağımız gələcək. Aralarında kimsəsiz olan yaşlılar uşaq kimi sevinir, övladları olanlar isə dərin köks çəkirlər... Dərdin də cəbhəsi varmış düşünür bir qoca. Onun gözləri çoxdan yollardan yığılmışdı. Çalışırdı keçmişini belə düşünməsin. O qədər olmuşdu ki, ağrılı, sevincli anlar, hansını xatırlasa çətin olacağını bilirdi. Eləbil düşüncəsindən, yaşantılarından qaçırdı və bir gün qonag gəlib çıxır. Qulaqları səssizliyə alüdə olmuş qoca salınmış süfrələrə, oxunan nəğmələrə kənarda əyləşib tamaşa edir. Hamı elə heyrətlə gələn qonağa baxırdı ki, bu baxışda bir qədər də qibtə və bir qədər də sual qarışıq özünə hirs vardı. - Niyə bu gün bizim görüşümüzə gələn “İnsan” mənim övladım deyil? Mənmi düzgün tərbiyə etmədim? Ya bu qədərdi, bilmirəm... – deyib, ayağa durur, musiqinin səsini eşitməsə də əllərini açıb havaya, həyatının son rəqsini oynayır...

 

 


Təqdim etdiyimiz videoçarxda “Qocalar evi”- nin nümayəndələrindən biri Bəhruz müəllim çıxış edərək xeyriyyəçi-şair Gülağa Tənhanın burada görəcəyi işlər haqqında məlumat verir və gələcəkdə də belə görüşlərin tez-tez keçirilməsini arzulayır...

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #məktəb #qocalar #evi  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !