"Qarabağ" "Sleks"i darmadağın edərək mərhələ keçdi - -FOTO=7 (AZpressAZ) İNTİQAM Məmmədov

"Qarabağ" "Sleks"i darmadağın edərək mərhələ keçdi -FOTO=7 (AZpressAZ) İNTİQAM Məmmədov

Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin oyunları keçirilib. Ölkəmizi Avropanın bu nüfuzlu turnirində təmsil edən "Qarabağ" ilk matçını "Sleks"ə (Şimali Makedoniya) qarşı keçirib. Qarşılaşma paytaxt Bakıdakı Tofiq Bəhramov adına stadionda baş tutub. 90 dəqiqəlik mübarizə əvvəlcədən gözlənildiyi kimi, matçın favoriti sayılan "Qarabağ"ın darmadağın hesablı qələbəsi ilə başa çatıb. Ukraynalı baş hakim Yaroslavl Kozikin idarə etdiyi bu oyunda Qurban Qurbanovun yetirmələri qonaqlarını nə az, nə çox, düz 4 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Azarkeşsiz stadionda keçirilən bəlli oyunun hər hissəsində 2 qol vurulub. Matçın 11-ci dəqiqəsində Flipp Ozobiçdən ötürmə alan Xayme Romero topu üzbəüz qaldığı qapıçı Daniel Bojinovskinin başı üzərindən tora atmaqla hesabı açıb - 1:0. İlk yarının bitməsinə 5 dəqiqə qalanda "Qarabağ" daha bir qol vuraraq, hesabı 2:0-a çatdırıb. Bu dəfə isə Vild-Donald Qerye fərqlənib. Komandalar bu hesabla fasiləyə yollanıblar. Fasilədən sonra da təşəbbüsü əldən verməyən Qurbanovun yetirmələri rəqibi daha iki dəfə cəzalandırıb. 52-ci dəqiqəd Vild-Donald Qerye yenidən səhnəya çıxaraq, özünün 2-ci, komandasının üçüncü qolunu vurub - 3:0. Bu da matçda sonuncu olmayıb. 80-ci dəqiqədə Mahir Əmrəli Bojinovskini 4-cü dəfə topu qapı torundan çıxarmağa məcbur edib - 4:0. Bununla da "Qarabağ" darmadağın hesabla ikinci mərhələyə adlayır. Çempionumuz turnirin 2-ci mərhələsində "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Həmin mərhələnin oyunları 25\26 avqust aralığında keçiriləcək.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !