Bravo "Mançester Siti"dən 8 titulla gedir - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Bravo "Mançester Siti"dən 8 titulla gedir -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

 İngiltərənin "Mançester Siti" klubunun çilili qolkiperi Klaudio Bravo "şəhərlilər"lə yollarını ayırır. O, UEFA Çempionlar Liqasının 1\4 final mərhələsində "Lion"a (Fransa) uduzaraq qitənin ən nüfuzlu tunirində mübarizəni dayandırdıqdan sonra "Man Siti"dən ayrıldığını bildirib. Xatırladaq ki, 2016-cı ildə "Barselona"dan "bu kluba transfer edən 37 yaşlı Bravo oynadığı 4 il ərzində "Mançester Siti" ilə iki dəfə İngiltərə çempionatını və 2 dəfə də İngiltərə Kuboku da daxil olmaqla 8 titul qazanıb. 2018\19-cu illər mövsümündə əzələ dartınması üzündən 10 yaşıl meydandan kənarda qalan Bravo mançesterlilərin heyətində keçirdiyi 61 oyunun 20-də qapısının toxunulmazlığını qoruyub. Bravo bundan sonrakı karyerasını "Nyu-York Siti"də (ABŞ) və ya "Seltik"də (Şotlandiya) davam etdirə bilər.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !