Yığmamızın Olimpiadadakı oyunları və yarış cədvəli bəlli olub - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Yığmamızın Olimpiadadakı oyunları və yarış cədvəli bəlli olub -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Xəbər verdiyimiz kimi, avqustun 21-də Azərbaycan yığması da daxil olmaqla planetin 40 komandasının iştirakı ilə şahmat üzrə onlayn-Olimpiadaya start veriləcək. Yarışların başlanmasına 3 gün qalmış yığmamızın qrupdakı rəqibləri və eləcə də oyun cədvəli bəlli olub. Top-divizionun "B" qrupunda yer alan Azərbaycan yığması Hollandiya, Macarıstan, CAR, Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya. Norveç və Fransa yığması ilə qarşılaşacaq. Avqustun 21-də şahmatçılarımızın rəqibləri Hollandiya, Macarıstan və CAR, ertəsi gün Ukrayna, Slovakiya və Qazaxıstan, avqustun 23-də isə İspaniya, Norveç və Fransa ilə qarşılaşacaqlar. Yeri gəlmişkən, 40 komandanın cəmləşdiyi 4 qrupun hərəsindən ilk yeri tutan komanda Olimpiadanın pley-off mərhələsində mübarizəni davam etdirəcək.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !