Müller ÇL-da 113 oyunla almanlar arasında rekord vurub - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Müller ÇL-da 113 oyunla almanlar arasında rekord vurub -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

UEFA Çempionlsar Liqasının 1\4 final mərhələsi çərçivəsində keçirilən "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) matçı Münhen komandasının forvardı Tomas Müller üçün əlamətdar hadisələrlə tarixə düşüb. Belə ki, həmin oyunla Müller ÇL-da özünün 113-cü matçına çıxaraq bu sayla almaniyalı futbolçular arasında rekorda imza atıb. Xatırladaq ki, Müllerə qədər bu rekord 112 oyunla Filipp Lama məxsus idi. Bu göstəriciyə görə üçüncü pillədə 109 oyunla Manuel Noyer ("Bavariya") qərarlaşıb. 4-5-ci yerləri isə hərəyə 103 oyunla "Real"ın havbeki Toni Kroos və "Bavariya"nın sabiq qolkiperi Oliver Kann bölüşür. Müller ÇL çərçivəsində "Barselona"nın qapısına 5 oyunda 6 qol vurmaqla da fərqlənib. Qeyd edək ki, Müller ÇL-da bundan başqa klubun qapısına 6 qol vura bilməyib.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !