Messi ÇL-da oyun sayına görə Raulu geridə qoymaqla 4-cü pilləyə yüksəlib - (AZpressAZ) İNTİQAM Məmmədov

Messi ÇL-da oyun sayına görə Raulu geridə qoymaqla 4-cü pilləyə yüksəlib (AZpressAZ) İNTİQAM Məmmədov

"Barselona" (İspaniya) klubunun argentinalı forvardı Lionel Messi UEFA Çempionlar Liqasının 1\4 final mərhələsi çerçivəsində Münhen (Almaniya) "Bavariya"sına qarşı keçirdiyi oyunla bir neçə yeniliyə imza atıb. İlk olaraq, o, bu oyunla ÇL-da 143-cü matçına mıxıb. Bu göstəriciyə Madrid "Realının əfsanəvi kapitanı Raul Qonsalesi geridə qoymaqla 4-cü pilləyə yüksəlib. Messidən əvvəlki ilk üçlükdə isə müvafiq ardıcıllıüla İker Kasilyas (177 oyun), Kriştianu Ronaldu (170 oyun) və Xavi (151 oyun) yer alıb. "Bavariya" ilə oyun Messi üçün daha bir yeniliklə yadda qalıb. Belə ki, o, bu oyunda iştirak etməklə, ÇL-nin 1\4 final mərhələsində 23-cü matçını keçirməklə rekorda imza atıb. Bu göstəriciyə görə, Messi 22 oyun keçirmiş "Barsa"nın sabiq oyunçusu Jerar Pike və Andres İnyestanı (hərəyə 22 oyun) qabaqlayıb. bir məqamı da qeyd edək ki, Messi son 14 il ərzində ilk dəfə olaraq, ÇL-nin 1\2 finalından kənarda qalıb. Argentinalı forvard artıq 5 ildir ki, dalbadal bəlli turnirin qalibi ola bilmir. O, son dəfə qitənin ən nüfuzlu turnirinin qalibi adını 2015\15-ci illər mğvsümündə "Yuventus"u 3:1 hesabla udaraq qazanıb.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !