"Bavariya" "Barsanı darmadağın edib və ya UEFA Çempionlar Liqasında "qol yağışı" - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

"Bavariya" "Barsanı darmadağın edib və ya UEFA Çempionlar Liqasında "qol yağışı" -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda UEFA Çempionlar Liqasının 1\4 final çərçivəsinda daha bir oyun keçirilib. Erkən final hesab edilən bu oyunda Avropanın qrandlarından olan "Barselona" (İspaniya) klubu ilə Almaniyanın "Bavariya"sı qarşılaıb. Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən bu oyunda futbol azarkeşləri bir birindən gözəl olan 10 qolun şahidi olublar ki, bu qollardan da 8-i almanların, 2-si isə ispanların payına düşüb. Bir sözlə həmin oyunu izləyən milyonlarla insan "Eştadiu da Luş" stadionunda əsil qol yağışına tamaşa ediblər. Maraqlıdır ki, hər hissədə qapılara 5 qol vurulub ki, onlardan da 4-ü münhenlilerin aktivinə yazılıb. Bununla da meydanı 8:2 hesablı qələbə ilə tərk edən "Bavariya" da yarımfinalçılar arasına çıxıb. Münhen klubu 19 avqustda keçiriləcək yarımfinalda "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. vurub. meydanda . В Лиссабоне
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 2* (1:4, 1:4).
Qollar:
0:1 – 4 Müller, 1:1 – 7, Alba (avtoqol)автогол, 1:2 – 21 Perişiç, 1:3 – 27 Qnabri, 1:4 – 31 Müller, 2:4 – 57 Suares, 2:5 – 63 Kimmix, 2:6 – 82 Levandovski, 2:7 – 85 Koutinyo, 2:8 – 89 Koutinyo.
Qeyd: Bəlli oyun həm "bavariya", həm də "Barselona" üçün bir sıra əlamətdar məqamlarla diqqət çəkib. Belə ki, "Bavariya" cari məvsümdə ÇL turnirində rəqib qapılarına 39 qol vurmaqla rekorda imza atıb. Almaniya klubu indiyədək ÇL-da bir mğvsüm ərzində bu qədər qol vurmamışdı.
"Barselona"ya gəlincə,kataloniyalılar ÇL tarixində ilk dəfə olaraq, matçın ilk yarısında 1:4 hesabla uduzub.1946-cı ildən bəri isə, "Barsa" nəinki ÇL turnirində, ümumiyyətlə həmin vaxtdan bəri qatıldığı turnirlərdə ilk dəfə olaraq, öz qapısından 8 qol buraxıb.İlk və son dəfə kataloniyalılar həmin ildə İspaniya Kuboku uğrunda "Sevilya"ya 0:8 hesabla uduzub. "Barselona" 2014-ğü ildən bəri nə ÇL-da, nə La Liqada, nə də İspaniya Kubokunda uğur qazana bilməyib.Cari məvsümdə La Liqada 2-ği olan "Barsa" İspaniya Kubokuyla 1\4-də ""Atletikovya uduzmaqla idalaşıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !