Yenə də Lyuis Hemlton birinci olub Sebastyan Fettelsə... - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Yenə də Lyuis Hemlton birinci olub Sebastyan Fettelsə... -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Formula-1 üzrə dünya çempionatının cari məvsüm də daha bir mərhələ yarışı (Qran-Pri) keçirilib. İspaniyanın Barselona şəhərindəki "Monmelo" avtodromunda baş tutan və sayca 6-cı olan bu yarış da "Mersedes"in britaniyalı pilotu, 5 qat dünya çempionu Lyuis Hemltonun qələbəsiylə başa matıb. Bu onun cari mövsümdə 4-cü qələbəsidir. Bu qələbədən sonra aktivindəki xalların sayını 132-yə çatdıran Hemlton yarış cədvəlində ən yaxın izləyicisi olan Maks Ferstappeni ("Red Bull") 37 xal qabaqlayıb. Yeri gəlmişkən, bu məvsüm geridə qalan 6 Qran-Prini udan Ferstappen Barselonada finiş xətinə ikinci çatıb. Bu yürüşdə ilk üçlüyü isə cari çempionatın ilk Qran-Prisinin qalibi olmuş Baltteri Bottas ("Mersüdes") tamamlayıb. Bir maraqlı məqamı da qeyd edək ki, son illər məvsümün axırına qədər Hemltonla çempionluq mübarizəsi aaparan almaniyalı 4 qat dünya çempionu Sebastyan Fettel ("Ferrari") nədənsə bu il heç nəylə fərqlənə bilmir. Barselonada finişə 7-ci pillədə çatan Fettel demək olar ki, Hemltondan bir dövrə geridə qalıb. İş o yerdəir ki,həmişə məvsümün əvvəlindən Heltonla yarış cədvəlinin birinci pilləsində mübarizə aparan Fettel indi geridə qalan 6 Qran-Pridən sonra 16 xalla yalnız 11-ci pillədə yer alıb. Hazırda onunla Hemlton arasında 116 xal fərq var. Artıq bu fərqin aradan qaldırılacağı imkansız görünür. Barselona Qran-Prisi ilə bağlı bir məqamı da qeyd edək ki, satrt xəttinə çıxan 20 pilotdan yalnız biri, hazırda yarış cədvəlində 4-cü yeri tutan Şarl Lekler ("Ferrari") mübarizəni yarıda saxlayaraq, finiş xəttinə çata bilməyib. Maraqlıdır ki, xarici mətbuat Barselona yarışında Hemlton, Fersttapen və Karlos Sayns "Maklaren" triosunu yürüşün ən yaxşı pilotu seçib. Azarkeşlər arasında keçirilən sorğuya görə isə İspaniya Qran-Prisinin ən yaxşı pilotu Fettel seçilib.
6 Qran-Pridən sonra pilotların yarış cədvəlinə 132 xalla Lyuis Hemlton liderlik edir. Onun ən yaxın izləyicisi olan Maks Ferstappenin aktivində 95 xalı var. İlk üçlüyü isə 89 xalla "Mersedes"in digər pilotu - Valtteri Bottas tamamlayır.
Hazırda komandaların yarış cədvəlində vəziyyət belədir:
1. Mersedes 221 xal, 2. Red Bull 135 xal, 3. Resinq P - 78 xal, 4. Maklaren - 62 xal, 5. Ferrari -61 xa, 6. Reno - 36 xal, 7. Alfa Tauri - 16 xal, 8. Alfa Romeo - 2 xal, 9. Xaas Reysinq - 1 xal.
Qeyd: sayca 7-ci olan növbəti Qran-Pri avqustun 30-da Belçikada keçiriləcək.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !