Yığmamızın Olimpiadadakı bütün potensial rəqibləri - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Yığmamızın Olimpiadadakı bütün potensial rəqibləri -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Şahmat üzrə keşirilməsi və Azərbaycan yığmasının da qatılacağı onlayn-Olimpiadanın 3-cü və sonuncu təsnifat mərhələsi də başa çatıb və bununla da həlledici mərhələnin bütün iştirakçıları (40 komanda) bəlli olub. Qeyd edək ki, 3-cü mərhələdə mübarizə aparan 50 komandanın arasından son mərhələyə adlayan 15 komanda sırasında aşağıdakı komandalar yer alıb: Bolqarıstan, Almaniya, İndoneziya, Yunanıstan, Rumıniya, Slovakiya, İspaniya, Hollandiya, İtaliya, Türkiyə, Xorvatiya, Norveç, Macarıstan, İngiltərə və Argentina. Beləliklə, bu 15-lik Azərbaycan da daxil olmaqla,Rusiya, ABŞ, Çin, Ukrayna, Hindistan, Ermənistan, Kuba, Polşa, Qazaxıstan, VyetnamŞ Gürcüstan, İran, Kanada, Misir, Peru, Monqolıstan, Özbəkistan, Braziliya, Paraqvay, Fransa, Mərakeş, Əlcəzair, Zimbabve və CAR-la birlikdə Top-40 divizionunda mübarizəni davam etdirəcək. Olimpiadanın reqlamentinə uyğun olaraq, bu 40 komanda hərəsində 10 yığma olmaqla 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk üç yeri tutan komandalar turnirin pley-off mərhələsinə çıxacaq. Bu günlərdə komandalar qruplar üzrə bölünəcək və bununla da Azərbaycan yığmasının qrup rəqibləri bəlli olacaq və 21-23 avqust günlərində qrup oyunhları keçiriləcək. Xatırladaq ki kapitanı Eltac Səfərli olan kişi yığmamızın heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Əsədli, Rauf Məmmədov, Qədir Hüseynov və Aydın Quliyev, kapitanı Rəhim Qasımov olan qadın yığmamızın heyətində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva cəmləşib.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !