Tennisçilərin də Avropa çempionatı təxirə salınıb - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Tennisçilərin də Avropa çempionatı təxirə salınıb -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Sentyabrın 15-də Polşanın paytaxtı Varşavada stolüstü tennis üzrə Avropa çempionına start verilməli idi. Sentyabrın 20-dək davam edəcəyi nəzərdə tutulan və Azərbaycan yığmasının da iştirakı gözlənilən bu yarış da digər turnirlər kimi koronavirus pandemiyası üzündən təxirə salınıb.ETTU (Avropa Tennis İttifaqı) son günlər Polşada yeni kovid-19 virusuna yoluxanların sayının artmasına görə belə bir qərar vermək məcburiyyətində qalıb. Turnirin nə vaxt keçiriləcəyi haqda hələlik məlumat yoxdur. Bu haqda sonra məlumat veriləcək. ETTU hətta sentyabrın 16-da həmin məkanda keçirilməsi nəzərdə tutulan konqresini də təxirə salıb.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !